NİK-in ilk cəzaları

single-news
7 Avq 2012

NİK-in ilk cəzaları



AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Qurum ötən həftəsonu start götürən yeni mövsümün ilk cəzalarını müəyyənləşdirib.

`Simurq` – `Qəbələ` matçının 84-cü dəqiqəsində qonaqların Ürfan Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Ev sahibləri isə 66-cı dəqiqədə meydançaya azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün 2000 manat cərimə ödəməli olacaq. `Simurq` daha 2000 manat cəriməni təcili tibbi yardım briqadası gecikməyi nəticəsində matç 10 dəqiqə gec başladığına görə alıb.

Eyni cəzanı `Rəvan`a şamil olunub. Belə ki, komandanın `Xəzər Lənkəran`la ev oyununda təcili tibbi yardım briqadasının 5, yanğınsöndürmə briqadasının isə 10 dəqiqə gecikdiyinə görə meydan sahibi 2000 manat ödəməli olacaq.

`İnter` – `Qarabağ` oyunu isə ev sahiblərinin futbolçuları meydançaya vaxtında çıxmadığından 6 dəqiqə gec başlayıb. `İnter` buna görə 3000 manat cərimələnib. Qurum `Simurq`la `Qəbələ`nin əvəzedicilərinin oyununda meydan sahiblərinə 4 futbolçusu sarı aldığına görə 500 manat cərimə kəsilib. Bununla da növbəti mövsümün ilk cərimələri 9700 manat təşkil edib.

Paylaş

// pop up