NİK Sadiqovun `qırmızı`sını ləğv etdi

single-news
19 Mar 2010

NİK Sadiqovun `qırmızı`sını ləğv etdi



Azərbaycan kubokunun ¼ finalının cavab oyunu “Olimpik-Şüvəlan” – “Simurq” matçında “Olimpik-Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 46).

 

Azərbaycan kubokunun ¼ finalının cavab oyunu “Standard” – “Bakı” matçında “Standard” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 46).

 

Azərbaycan kubokunun ¼ finalının cavab oyunu “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 46). Matçın 82-ci dəqiqəsində “İnter” klubunun 72 №-li futbolçusu Giorgi Lomaiaya sarı vərəqə göstərilmişdir. Lakin matçın vidoeyazısı izlənildiyi zaman baş hakimin səhv qərar qəbul etdiyi aşkar edildiyi üçün oyunçuya göstərilmiş sarı vərəqə ləğv edilir. Hakimlər Komitəsi baş hakimin idarəçiliyi haqqında lazımi ölçü götürsün.  

 

Azərbaycan kubokunun ¼ finalının cavab oyunu “Xəzər-Lənkəran” – “Qarabağ” 87-ci dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi – “Xəzər-Lənkəran” klubu 2000 (iki min) manat cərimə olunur (maddə 3). Oyundan sonra “Qarabağ” klubunun 2 №-li futbolçusu Elnur Allahverdiyev hakimləri təhqir etdiyinə görə futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 41). Matçın 87-ci dəqiqəsində “Qarabağ” klubunun 6 №-li futbolçusu Rəşad Sadiqova qırmızı vərəqə göstərilmişdir.  Lakin matçın vidoeyazısı izlənildiyi zaman baş hakimin səhv qərar qəbul etdiyi aşkar edildi və bu səbəbdən də oyunçuya göstərilmiş qırmızı vərəqə sarı vərəqə ilə əvəzlənir. Hakimlər Komitəsi baş hakimin idarəçiliyi haqqında lazımi ölçü götürsün. Stadionda “Qarabağ” klubunun azarkeşləri üçün ayrılmış tribunada oturacaqlar sındırıldığı üçün “Qarabağ” klubu “Xəzər-Lənkəran” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq  dəymiş zərəri ödəsin.

Paylaş

// pop up