NİKOLOV MATÇIN TALEYİNİ HƏLL ETDİ (FUTBOL+QOL,26.05.2005)

single-news
26 May 2005

NİKOLOV MATÇIN TALEYİNİ HƏLL ETDİ (FUTBOL+QOL,26.05.2005)



TURAN(TOVUZ) - QARABAĞ(AĞDAM) 4:0(1:0) Baş məşqçilərin fikirləri: İqor Ponomaryov: "Xəzər-Lənkəran" və "Gəncə" matçlarından sonra komandamda düşüş var idi. Bu gün rəqibə psixoloji cəhətdən məğlub olduq. Matçın taleyini isə Nikolov həll etdi. Üç məhsuldar ötürmə və bir gözəl qol. "Kim çempion olursa olsun, "Turan" olmayacaq sözlərini isə zarafatla demişdim. Komandada qalıb - qalmayacağım bəlli deyil." Nacı Şensoy: "Neftçi" matçından sonra bizim kollektivdə də gərginlik var idi. Amma biz problemi tez bir zamanda həll edib, bu matça hazırlaşdıq və qələbə qazandıq. Azərbaycanda məşqçilik etmək çətindir. Buna rəğmən sonadək mübarizə aparacağam."

Paylaş