Norveçdə qalibiyyət
Norveçdə qalibiyyət
“Bodo/Glimt” (Norveç) - “Qarabağ” - 1:2
Patrik Berq, 41 – Toral Bayramov, 22. Abdullah Zubir, 69
“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində dördüncü matçına çıxıb. Komandamız “Aspmyra” stadionunda Norveçin “Bodo/Glimt” klubu ilə görüşüb.
Komandamız oyunu aşağıdakı heyətlə keçirib: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina, 27. Toral Bayramov (29. Marko Veşoviç, 90), 30. Abbas Hüseynov (2. Mateus Silva, 62), 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Emmanuel Addai (7. Yassin Benzia, 62), 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 62), 18. Juninyo Olavio (90. Nəriman Axundzadə, 90+5)
“Bodo/Glimt” Liqa mərhələsində keçirdiyi ilk üç oyunda 7 xal toplamasına baxmayaraq, futbolçularımız matça rəqibdən heç də zəif başlamayıblar. Nəticədə 22-ci dəqiqədə komandamız önə keçib. Toral Bayramov mükəmməl zərbə ilə hesabı açıb. Bundan sonra da başabaş mübarizə davam edib. Lakin fasilə ərəfəsində meydan sahibləri hesabı bərabərləşdirə biliblər.
Gərgin rəqabət ikinci hissədə də davam edib. Mübarizə qarşılıqlı hücumlar şəraitində keçib. Komandamız hissənin ortalarında yenidən rəqibi mərkəzə dəvət edib. Abdullah Zubir Norveç klubunun bir neçə futbolçusunun əhatəsindən dəqiq zərbə ilə ikinci qolu vurub. Üstünlüyünü sona qədər qoruyan komandamız 2:1 hesablı səfər qələbəsi qazanaraq, aktivinə 3 xal yazdırıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin V turu çərçivəsində noyabrın 28-də evdə Fransanın “Lion” klubu ilə qarşılaşacaq.