NÖVBƏTİ NAMİZƏD...
4 Mar 2008
NÖVBƏTİ NAMİZƏD...
AFFA prezidentliyinə ikinci namizədin adı məlumdur.«Neftçi» Peşəkar Futbol Klubu Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin 28 fevralda keçirilən iclasında «Neftçi» PFK MMC-nin prezidenti Rövnəq İbrahim oğlu Abdullayevin AFFA prezidentliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib. Rövnəq Abdullayevin AFFA prezidentliyinə namizədliyinin verilməsi ilə əlaqədar zəruri sənədlər bu gün AFFA-ya təqdim olunub və assosiasiya tərəfindən qeydiyyata alınıb. İşdir “Neftçi”nin prezidenti federasiyaya təyinat alarsa, kluba yeni başçı gələcək. Hər halda AFFA-nın nizamnaməsi buna imkan vermir.
