Sabah – iyulun 5-də Belçikanın Antverpen şəhərindəki «Olimpiya» stadionunda UEFA İntertoto kubokunun ikinci mərhələsinin ilk oyunları çərçivəsində «Neftçi» «Jerminal» klubu ilə qarşılaşacaq. Oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Deyan Filipoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Radovan Stepanoviç, Milan Miniç (hər ikisi - Serbiya)
Hakim-inspektor: Yorn-Vest Larsen (Danimarka)
UEFA nümayəndəsi: David Petriaşvili (Gürcüstan)
Bu komandalar arasında cavab oyunu iyulun 12-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, «Neftçi» UEFA İntertoto kubokunun ilkin mərhələsində Slovakiyanın «Nitra» komandası ilə qarşılaşmışdı. İyunun 21-də Bakıda keçirilən ilk oyunda «Neftçi» 2:0 hesabı ilə qalib gəlmiş, iyunun 28-də keçirilən cavab qarşılaşmasında isə 1:3 hesabı ilə məğlub olmasına baxmayaraq, iki matçın nəticəsinə görə növbəti mərhələdə çıxış etmək hüququ qazanmışdı.