Növbəti qələbə: `Kəpəz` - `Qarabağ`. 1:2
Növbəti qələbə: `Kəpəz` - `Qarabağ`. 1:2
`QARABAĞ`: Boyan Pavloviç, Qara Qarayev, Namiq Yusifov, Bəxtiyar Soltanov, Emin İmaməliyev, Rauf Əliyev, Rəşad Sadıqov, İlqar Qurbanov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya
1`- `Qarabağ` oyuna başlayır
3`- `Qarabağ` ərazi üstünlüyünü ələ keçirməyə çalışır
5`- Oyun daha çox meydanın mərkəzində gedir
7`- QOOOOOL! Adamiya fantastik qola imza atır. İlqar Qurbanovun yetirdiyi künc zərbəsini Adamiya dabanla tora göndərir
9`- `Kəpəz` hücumu... Suraresin zərbəsi qapının üstündən keçir
11`- `Qarabağ` hücumu... Aqolli sol cinahdan qapıya zərbəsi, qapıçı topu dəf edir. Dönən topa Adamiyanın zərbəsi, lakin top qapının üstündən keçir
12`- QOOOL! Raufun sağ cinahdan cərimə meydançasına daxil olur, onun qpıya doğru zərbəsi müdafiəçiyə dəyərək qapıdan keçir. Hesab 2-0
14`- Komandamızın hücumu... Bəxtiyar Soltanovun qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
17`- `Kəpəz` hücum qurmağa çalışır. Suaresin uzaqdan qapıya doğru zərbəsi təhlükəli olmur
21`- Ceyhun Sultanovun zərbəsini Pavloviç dəf edir
24`- Ceyhun Sultanov cərimə zərbəsini yerinə yetirir, top canlı səddə dəyərək uzaqlaşır
26`- `Qarabağ` hücumları... Emin İmaməliyevin sağ, Aqollinin sol cinahdan asmaları təhlükəli olur
27`- `Kəpəz` Suareslə təhlükəli həmlə ilə yadda qalır
30`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, qapıçı topu dəf edir
34`- `Qarabağ` üçüncü dəfə fərqlənməyə yaxın çox olsada, Raufun baş zərbəsi müdafiəçilərə dəyərək meydandan çıxır
38`- `Kəpəz` hücumu... Suaresin başla zərbəsi Pavloviçdə qalır
39`- Qara Qarayev sarı vərəqə alır
42`- `Qarabağ` hücumu.. Eminin uzaqdan qapını yoxlayır
45+1`- Hakim ilk hissəni bitirir
46`- İkinci hissə başlayır
47`- `Qarabağ` hücumu... Adamiya cərimə meydançasına daxil olur, onun qapıya doğru zərbəsi qapının üstündən keçir
48`- `Kəpəz` hücumu.. Parxaçov hesab arasında fərqi azaldır
49`- Raufun qapıya zərbəsi qapıdan aralı keçir
50`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Emin İmaməliyevi Əfran İsmayılov əvəzləyir
53`- `Qarabağ` hücumu... Əfranın ötürməsi, Bəxtiyarın qapıya doğru zərbəsi, top qapıdan azacıq aralı keçir
57`- Şahin Kərimov sarı vərəqə alır
61`- Hesab 2-1
62`- Renat Sultanov sarı vərəqə alır
66`- `Kəpəz` hücumu.. Fomenkanın zərbəsi qapının üstündən keçir
68`- Zaur Əsədovun zərbəsi qapının yanından keçir
71`- `Kəpəz`də oyunçu dəyişikliyi... Anton Qay meydana daxil olur
74`- Komandamızın hücumu... Rauf qapıçı ilə təkbtək qalsa da, qapıya zərbə endirə bilmir
76`- Anton Qay sarı vərəqə alır
80`- Ceyhun Sultanovun zərbəsi qapıdan aralı keçir
84`- `Qarabağ` hücumu... Bəxtiyar Soltanovun zərbəsi qapıdan aralı keçir
86`- Daha bir hücum.. Adamiyanın aşırması qapıçıda qalır
90`- Oyunun sonuna 3 dəqiqə əlavə olunur
90+1`- `Qarabağ`da oyunçu dəyişikliyi... Adamiyanı Nedzipi əvəzləyir
90+3`- Oyun bitdi