NÖVBƏTİ SORĞU YEKUNLAŞDI . . .
NÖVBƏTİ SORĞU YEKUNLAŞDI . . .
Komandamızın birinci dövrədəki uğursuzluğu səbəbindən klubda bəzi dəyişikliklər edildi ki, bunların da ən vacibi Baş Məşqçilik postunda oldu. "Qarabağ" komandasının Baş Məşqçilik postu tanınmış Türkiyəli futbol mütəxəssisi Rasim Karaya tapşırıldı. Bu təyinata azarkeşlərimizin, klub fanatlarının münasibətini öyrənmək üçün sorğu keçirdik və nəticələri diqqətinizə çatdırırıq:
Beləliklə, Rasim Karanın Baş məşqçiliyi dönəmində komandadan nə gözləyirsiniz ? - sualına cavablar aşağıdakı kimi oldu: Respondentlərin 37%-i "Qarabağ"ın həm sürətli futbol sərgiləyəcəyinə, həm də bunun nəticə gətirəcəyinə inanır. 27% azarkeşimiz isə yalnız sürətli futbol görəcəyinə inanır. Bunu isə gəncləşdirmə siyasətini ilə bağlayan Respondentlərimiz yalnız gələn mövsümə ümid edirlər. Toplam 62% olan bu nəticələrə müxalif mövqe də göstərən azarkeşlərimiz var. Belə ki, 17% səsverənlər bu təyinatdan heç nə gözləmədiklərini gizlətmirlər. Eyni faizlə -17% səslə deyilənlərin heç birinə güvənməyənlər də var. 5-cü yerdə isə 12% səslə YALNIZ UĞUR cavabına tərəf çıxanlardır....
Növbəti sorğumuz ikinci dövrənin ilk 3 turundan sonra "Qarabağ" Futbol Klubunun oyunu, göstərdiyi futbol barəsindədir. Aktiv olun, səsvermədə siz də iştirak edin....