NÖVBƏTİ SORĞUNUN NƏTİCƏSİ BƏLLİDİR . . .
8 Fev 2006
NÖVBƏTİ SORĞUNUN NƏTİCƏSİ BƏLLİDİR . . .
Çempionatın ilk dövrəsi başa çatdı və artıq bir neçə gündən sonra ikinci dövrənin startı veriləcək. İlk dövrənin yekununda çempionatın səviyyəsini dəyərləndirərkən hakimlərin də bu dəyərləndirmədə öz payının olması şübhəsizdir. Günü- gündən inkşaf edən futbolumuz və bu inkşafa hakimlərin nə dərəcədə uyğunluğu barədə AFFA-nın müvafiq bölməsi məşğul olduğundan biz bu məsələyə toxunmuruq. Sadəcə azarkeşlərimizin- saytımızı ziyarət edən ziyarətçilərimizin ötən 13 turda hakimlərin nə dərəcədə işinin öhdəsindən gəlməsinə öz qiymətlərini verməsi üçün şərait yaratdıq.
Nəticələr artıq məlumdur. 15 gün ərzində keçirilən sorğuda "Hakimliyin səviyyəsini necə qiymətləndirirsiniz?" sualına respondentlərin 45%-i kafi qiymət vermişlər. 28% hakimliyin səviyyəsinin aşağı olduğunu düşünürsə, 17% səviyyənin "yaxşı" olduğunu fikirləşirlər. Yalnız 10% "əla" qiymət verərək "sükanın belə saxlanması"nı istəmişlər.
Növbəti sorğu Kluba dövrələrarası fasilədə cəlb olunan futbolçuların hansının daha uğurlu olması barədədir.Səs verin və komandamızın daha uğurlu transferini özünüz seçin.