NÖVBƏTİ TEST

single-news
10 Mar 2008

NÖVBƏTİ TEST



 “Qarabağ” Futbol Klubu son testden sonra 8 həftəlik hazırlıqları arxada qoydu. Bu gün komanda bir dəfəlik məşqlə kifayətlənəcək. Daha doğrusu saat 15:30-da keçiriləcək məşqdə hazırlıq dönəminin testi keçiriləcək. Komanda müxtəlif qruplara bölünərək testdən keçəcəklər.  Testin nəticələrini isə komandanın fiziki hazırlıq üzrə koordinatoru Mehmet Ak tərəfindən açıqlanacaq. Artıq bir neçə oyundur ki, “Qarabağ”ın fiziki cəhətdən daha yaxşı formada olduğu gözə çarpır. İlk öncə onu qeyd etmək lazımdır ki,  futbolçular məşqlərdə inanılmaz temp sərgiləyir. Komandada  çox əla abu hava formalaşıb. Hazırlıqların tempi gün keçdikcə daha da artır və bu da futbolçulara hər oyun meydançaya əla formada çıxmağa kömək edir. Bu dəfəki testin nəticələrinə gəlincə, siz nəticələr bəlli olan kimi xəbərdar olacaqsınız. Saytımızı izləməkdə davam edin...

Paylaş

// pop up