NÖVBƏTİ TURUN HAKİMLƏRİ AÇIQLANDI . . .
30 Sen 2005
NÖVBƏTİ TURUN HAKİMLƏRİ AÇIQLANDI . . .
2005/2006 - cı il yüksək dəstə komandaları arasında XIV Azərbaycan Çempionatının növbəti- VI turunun hakimləri açıqlandı. Komandamızın növbəti turda "Xəzər- Lənkəran"a
qarşı oyununu Vüsal Əliyev idarə edəcək. Ona Rufulla Kərimov və Azad Ə.Hüseynov kömək edəcəklər. Matçda dördüncü hakim Anar Niyazov olacaq. AFFA nümayəndəsi Mübariz Hüseynov, Hakim-İnspektor isə Əli Hüseynov olacaq.
Günün digər matçlarında İmamxan Sultani "MOİK"-"Bakı", Rövşən Əhmədov isə "Gənclərbirliyi" - "Turan" matçında fit sahibi olacaq. Bu matçlar bazar günü keçiriləcək.
Tura isə sabah dörd qarşılaşma ilə start veriləcək. Matçlara təyin olunmuş Baş Hakimlərlə tanış olun:
İnter-B.- Şahdağ-S. - Fariz Yusifov;
Göyəzən - Karvan - Eldar Nağıbəyov;
Gəncə - Olimpik - Babək Quliyev;
MKT-Araz - Neftçi - Xaqani Məmmədov.