NÖVBƏTİ XAL İTKİSİ . . .

single-news
23 Okt 2006

NÖVBƏTİ XAL İTKİSİ . . .



"Qarabağ" 1-1 "Olimpik" Oyun komandamızın diktəsi ilə başladı və bunun nəticəsi olaraq da,erkən qol istəyi reallaşdı. Oyunun 9-cu dəqiqəsində künc zərbəsi yaxınlığından cərimə zərbəsini Aslan Romala ötürmə etdi ki, sonuncu gözəl zərbə ilə qapıçıya heç bir şans qoymadı- 1:0. Bundan sonra yavaş - yavaş oyunu bərabərləşdirən rəqib yalnız 34-cü dəqiqədə ilk hücumunu yaratdı ki, onda da Cahangir gözəl oyunla zərbəni zərərsizləşdirdi. Buna qədər isə Romal - Hakan - Kənan paslaşması sonuncunun q/dəqiq zərbəsi ilə başa çatmışdı. 36-cı dəqiqədə Kənanın zərbəsi müdafiəçilərdən döndüsə, Aslanın cavab zərbəsi isə yalnız bəxt sayəsində qapıdan keçmədi. 44-cü dəqiqədə isə Slobodandan mükəmməl ötürmə alan Kəna Kərimov qapıçının 5-6 metrliyindən topu qapıya yönəldə bilmədi. İkinci hissə də komandamızın üstünlüyü ilə başladı və ilk real imkanı da Samir Musayevlə yaratdıq. Bu dəfə Samir topu qapıya vurmaq əvəzinə geri - Kənana ötürdü. Hücumçunun zərbəsi isə müdafiəçiyə dəyib küncdən çıxdı. İkinci hissənin ilk təhlükəli vəziyyətini isə rəqib qolla başa vurdu. Morris Pedronun sağ müdafiəçimizi keçərək yaxın küncə zərbəsi qapıdan keçdi - 1:1. Bundan sonra komandamızın qol vurmaq istəyi yalnız istək olaraq qaldı və "Qarabağ" növbəti xal itkisi ilə barışmalı oldu...

Paylaş