NOVRUZ ƏZİMOV: "BİZ BU OYUNA MİNİMUM HEÇ-HEÇƏ ÜÇÜN GƏLMİŞDİK, AMMA . . ."

single-news
4 Mar 2006

NOVRUZ ƏZİMOV: "BİZ BU OYUNA MİNİMUM HEÇ-HEÇƏ ÜÇÜN GƏLMİŞDİK, AMMA . . ."



Matç sonrası "Qarabağ" - "Bakı" oyununa həsr olunmuş Mətbuat Konfransı keçirildi. İlk söz qonaq komandanın nümayəndəsi, məşqçi Novruz Əzimova verildi: "Bu gün meydanda gözəl oyunun şahidi olduq. Biz bu oyundan minimum heç-heçə ilə dönmək istəyirdik. Lakin olmadı. Cütün taleyi ikinci oyunda müəyyənləşəcəyini söyləmək olar." Sonra Böyükağa Ağayev öz fikirlərini bölüşdü: "Komandam ilk hissənin əvvəlində iki real qol imkanından yararlanmadı. Hissənin ortalarına doğru üstünlüyü rəqibə versək də,hesabı biz açdıq. Matç sonlarına doğru isə, qazandığımız iki top fərqini qoruyub saxlaya bilmədik. İkinci oyun çətin, amma maraqlı keçəcəyini indidən söyləmək olar...."

Paylaş