Nuri Şahin Almaniyanın ən yaxşısı seçildi
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
4 Yan 2011
Nuri Şahin Almaniyanın ən yaxşısı seçildi
Almaniya bundesliqasının ilk yarısının ən yaxşı futbolçusu müəyyənləşib. Ölkənin ünlü mətbu orqanlarından `kicker` nəşrinin bundesliqada çıxış edən 286 futolçu arasında apardığı sorğu əsasında `Borussiya` Dortmundunun 23 yaşlı yarımmüdafiəçisi Nuri Şahin 1-ci yeri tutub. 32 faiz səs toplayan türkiyəlini komanda yoldaşı Şinzi Kaqava 17 faiz səslə izləyib. 3-cü yeri isə `Bavariya`lı Bastiyan Şvaynştayger tutub.
Avroliqanın play-off raundunda qarşılaşdığımız `Borussiya`nın baş məşqçisi Yurgen Klopp isə ən yaxşı baş məşqçi seçilib. Xatırladaq ki, `Borussiya` Almaniya çempionatında ilk yarıdan sonra ən yaxın rəqibini 10 xal qabaqlayaraq liderdir.