Nuri Şahin `Real`da
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
10 May 2011
Nuri Şahin `Real`da
Bu mövsüm `Borussiya`nın (Dortmund) heyətində Almaniya Bundesliqasının çempionu olan Nuri Şahin növbəti ildən İspaniya La Liqasında çıxış edəcək. 22 yaşlı gənc futbolçu bu gün `Real`la 6 illik rəsmi müqavilə imzalayıb.
Madrid klubunun Nuri üçün almanlara 12 milyon avro təzminat verdiyi bildirilir. Türkiyə yığmasının futbolçusu `Real`da hər ilinə 2,5 milyon avro qazanacaq.
Nuri Şahin `Real`a transfer olunmasına belə münasibət bildirib: `Mənim üçün çox çətin oldu. Hər zaman `Borussiya`nın azarkeşi olacağam. Dortmund, Bundesliqa və dünyaya gəldiyim ölkə üçün çox darıxacağam. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Yurgen Klopun mənə çox xeyri dəydi. O möhtəşəm insandı. İnanıram ki, Mourinyonun rəhbərliyi ilə də daha çox uğur qazanacağam`.