Okan Akça:`Sadəcə, `Qarabağ`a azarkeşlik edirəm`
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
26 İyn 2011
Okan Akça:`Sadəcə, `Qarabağ`a azarkeşlik edirəm`
Məlum olduğu kimi, `Qarabağ`ımız son illər bir qayda olaraq yayda Qızılcahamam bölgəsində, `Soyuq Su` qoruğunda yerləşən `Patalya` otelində təlim-məşq toplanışı keçir. `Qarabağ`ımızla doğmalaşan otel kollektivi `Qarabağ`FK-ya qarşı olan sevgi və hörmətlərinin təzahürü olaraq xatirə parkı salınmasına qərar veriblər ( oxu - http://qarabagh.com/1987/index.php?name=newsread&type=&news_id=9731&lang=1 ). Otelin müdiri Okan Akçanın şəxsi təşəbbüsü oteldə keçirdiyimiz son gündə parkın salınması ilə başa çatıb. Görəsən, parkın salınmasına Okan bəyi nə vadar edib. Ümumiyyətlə, futbol onun üçün nədir və hansı kluba azarkeşlik edir? Aldığımız cavablar olduqca maraqlı idi. İndi isə baş verənləri Okan bəyin öz dilindən dinləyin:`Açığı, futbol mənim üçün ilk növbədə işdi. Çünki, yayda müştərilərimizın hamısı futbol klubları olur. `Qarabağ` oteli tərk etdikdən sonra 7 klub təlim-məşq toplanışı üçün otelimizdə məskunlaşacaq. Amma `Qarabağ` bizim üçün tam başqa dünyadır. `Qarabağ`ın futbolçusundan tutmuş, işçisinə kimi hər birini tanıyırıq. Tam səmimiyyətlə deyirəm ki, `Qarabağ` bizim üçün müştəri deyil. Artıq o qədər doğmalaşmışıq ki, `Qarabağ`ı öz komandamız bilirəm. Xatirə parkı ideyası isə mənim fikrim idi. Fikirləşdim ki, `Qarabağ`a nə hədiyyə edə bilərik? Hər hansısa maddi hədiyyənin anlamı olmayacaqdı. Biz də belə bir deyim var:`Hər insanın bu həyatda əkdiyi bir ağac olmalıdır`. Ona görə də `Qarabağ`ın xatirəsini əbədiləşdirmək üçün xatirə parkı salmaq istədik. Hətta illər keçsə, biz burda olmasaq da, o parka görə hər kəs `Qarabağ`ı xatırlayacaq.
Özüm belə futbol azarkeşi deyiləm. İnanmayacaqsınız, amma Türkiyədə azarkeşlik etdiyim heş bir komanda yoxdu. Sadəcə `Qarabağ`a azarkeşlik edirəm. O da bir ailə olduğumuz üçün. Hətta, Azərbaycanla Türkiyə oynayanda Rəşad qol vuranda `qol` deyə qışqırdım. Rəşadın `Qarabağ`ın futbolçu olması məni belə sevindirmişdi.
`Qarabağ`ın bütün fəaliyyətini izləyirəm. Bilirəmki, son 2 ildə çempionatı 3-cü sırada bitirib. Artıq bu il komandanın daha da irəliləməsini istəyirəm. Avrokuboklar isə bir başqa aləmdir. `Qarabağ`ın oyunlarını televiziya vasitəsiylə izləmişəm. Əldə etdiyi uğurlara biz bir başqa sevinmişik. Axı, `Qarabağ` hər il Avrokuboklara bizim yanımızda hazırlaşıb gedir. Necə deyərlər, atalar 3-den deyib. Bu il `Qarabağ`dan həm çempionatda, həm də avrokubokda daha yüksək nəticələr gözləyirəm və komandama hər 2 yolda uğurlar arzulayıram.`