“OLİMPİK” MEDALLARDAN ƏLİNİ ÜZDÜ
“OLİMPİK” MEDALLARDAN ƏLİNİ ÜZDÜ
Dünən milli çempionatda iki oyun keçirilib. Medallara iddialı “MKT-Araz” və “Olimpik” çempionatın autsayderləri “Gənclərbirliyi” və “Şahdağ”ı qəbul edib. Kubokda da mübarizəsini davam etdirən imişlilər sumqayıtlıları böyük hesabla məyus edib. Maraqlıdı ki, əyalət təmsilçiləri son 3 qolu son 3 dəqiqədə vurub Ev sahibin qollarına Arif Daşdəmirov 2, Ruslan Qafitullin 2 və Anatoli Doroş imza atıb. Bununla da “MKT-Araz” bir günlükdə olsa turnirin cədvəlində liderliyə yüksəlib.
İkinci yarının ən uğurlu komandalarından “Olimpik” isə “Şahdağ”ın müqavimətini qıra bilməyib. Maraqlıdı ki, bakılılar ötən turda da “Qarabağ”la eyni nəticəyə imza atmışdılar.
Bunula da “təyyarəçi”lər önəmli 2 xal itirərək medallar uğrunda yarışda ciddi zərbə aldı.