“OLİMPİK” “NEFTÇİ”Nİ ÇEMPİONLUQDAN ETDİ
“OLİMPİK” “NEFTÇİ”Nİ ÇEMPİONLUQDAN ETDİ
Azərbaycan çempionatında sona 2 tur qalmış çempionluğun taleyini müəyyən edən oyun keçirilib. Şəfa stadionunda “Neftçi”ni qəbul edən “Olimpik” lideri məğlub edərək “Xəzər-Lənkəran”ın yenidən taxta çıxmasına səbəb olub.
Görüş “Neftçi” üçün yaxşı başlamışdı. Artıq 7-ci dəqiqədə Boretsə qarşı edilmiş kobudluqdan sonra Rəşad Sadıqov penaltini dəqiq yerinə yetirdi. Hesab açıldıqdan sonra tərəflər qarşılıqlı hücumlara keçsələrdə ilk yarıda hesab dəyişmədi. İkinci yarıda “təyyarəçi”lər Pathe banquranı meydana buraxması oyunda üstünlüyün “Olimpik”ə keçməsinə səbəb oldu. Ev sahiblərinin qolu isə 61-ci dəqiqədə məhz qvineyalı futbolçu tərəfindən gəldi. “Neftçi” özünə gəlməmiş ev sahibləri 2-ci dəfə fərqləndi. Rəşad Sadıqovun səhvindən sonra topu ələ keçirən Xəqani Məmmədov “Olimpik”i önə keçirdi. Qoldan sonra “Neftçi” bütün komandayla irəli atılsa da matçda hesab dəyişmədi və “Neftçi” ikinci dövrədə ilk dəfə xal itkisiylə barışmalı oldu.
Çempioluğun taleyini yaxından maraqlandıran digər matçda isə “Xəzər-Lənkəran” müəyyən çətinliklə qarşılaşsa da “Şahdağ”ı 3:1 hesabıyla məğlub edə bildi.