`Olimpik` - `Qarabağ`. Statistika nə vəd edir?

single-news
19 Fev 2009

`Olimpik` - `Qarabağ`. Statistika nə vəd edir?



2 gün sonra `Qarabağ`ımız `Olimpik`lə prinsipial mücadiləyə çıxacaq. Hər 2 tərəf qarşısına Avrokubok məqsədi qoyduğundan gərgin matç olacağı şübhəsizdir. Bəs görəsən, `Qarabağ` - `Olimpik` qarşıdurmasının tarixi nə vəd edir? `Qarabağ`ımız `Olimpik`lə 4 çempionatda münasibətləri aydınlaşdırmalı olub. Arxada qalan 3 birincilikdə  isə komandamızın ümumi balansda üstünlüyü diqqəti cəlb edir. 20052006 mövsümündə komandalar ilk dəfə “Şəfa” stadionunda üz-üzə gəlib. Vidadi Rzayev hesabı açsa da (yeri gəlmişkən, bu “Olimpik”in Azərbaycan çempionatları tarixində vurduğu ilk qol oldu) komandamız 2 dəfə fərqlənərək qələbə qazanmışdı. Arada iki dəfə heç-heçə qeydə alınsa da,  son görüş komandamızın üstünlüyü ilə bitib. Top fərqində də rəqibi üstələyirik. Vurduğumuz 7 qola rəqib 5-iylə cavab verə bilib. Ümumiyyətlə, “Qarabağ” “Olimpik”ə cəmi bir dəfə qələbə sevinci dadmağa imkan verib. Ötən mövsümün ilk yarısında baş tutmuş matç zamanı minimal hesablı məğlubiyyət hələlik sonuncu olub. Cari birinciliyin 2-ci turunda isə `Olimpik`i doğma meydanda qəbul etmişdi. Bu dəfə rəqib istədiyinə nail ola bilmədi. Abdullayevin yetirmələri hesabda önə çıxsa da, Niadl Ferhatoviç son dəqiqədə vurduğu qolla hərəyə bir xal nəsib etmişdi.

Paylaş

// pop up