"Olimpiya" - "Qarabağ"ımız: Mətbuat konfransı və son məşq

9 İyl 2018
"Olimpiya" - "Qarabağ"ımız: Mətbuat konfransı və son məşq
Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları çərçivəsində baş tutacaq “Olimpiya” (Sloveniya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. İyulun 10-da baş məşqçimiz Qurban Qurbanov Bakı vaxtıyla saat 20:15-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi “Stojitse” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.