Olimpiyaçılar ilk xalına qovuşdu

single-news
3 Mar 2010

Olimpiyaçılar ilk xalına qovuşdu



Azərbaycanın gənclərdən ibarət milli komandası Şotlandiya ilə qarşılaşıb. Avropa çempionatının seçmə mərhələsinə təsadüf edən qarşılaşma komandamız üçün uğurlu olub. Hər halda, Berhard Lippertin yetirmələri britaniyalılara məğlub olmayıb. Üstəlik, komandamız  təxminən 1 saat azlıqda oynayıb. 13-cü dəqiqədə Nizami Hacıyev millini önə keçirib. Lakin yarım saatın tamamında Turak Axundovun qırmızı vərəqə almasıyla şotlandların penaltidən hesabı bərabərləşdirməsi üst-üstə düşüb. Düzdü, 64-cü dəqiqədə Araz Abdullaeyv komandamızı yenə önə keçirib. Lakin 2 dəqiqə sonra Grifin yenə tarazlığı bərpa edib.

Oyunda başqa qol olmayınca millimiz cari tsikldə ilk xalını qazanıb.  

Paylaş

// pop up