ÖLKƏ FUTBOL ÇEMPİONATININ NÖVBƏTİ TURUNA YEKUN VURULMUŞDUR (AZERTAC, 12.02.2006)
12 Fev 2006
ÖLKƏ FUTBOL ÇEMPİONATININ NÖVBƏTİ TURUNA YEKUN VURULMUŞDUR (AZERTAC, 12.02.2006)
AzərTAc xəbər verir ki, fevralın 12-də ölkə futbol çempionatının növbəti turunun son oyunları keçirilmişdir.
Turun mərkəzi görüşü Yevlaxda yerli “Karvan” və “Bakı” komandaları arasında olmuşdur. Çempionatın mükafatlarına iddialı olan komandalar arasında oyun “Karvan”nın qələbəsi ilə (1:0) başa çatmışdır. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır: “Xəzər-Lənkəran” - “Olimpik” 1:0, “Qarabağ” - “Turan” 1:0, “Gənclərbirliyi” - “Göyəzən” 1:1, MOİK - “MKT-Araz” 0:3.
Fevralın 11-də keçirilmiş “Şahdağ”-“Neftçi” görüşündə qonaqlar 4:1 hesabı ilə qalib gəlmişdir. “Gəncə” - “İnter” qarşılaşması isə birincinin xahişi ilə başqa vaxta keçirilmişdir.
Beləliklə, ikinci dövrənin ilk turundan sonra “Karvan” 31 xalla yarış cədvəlinə başçılıq edir. “İnter” 28 xalla ikinci, 27 xal toplamış “Neftçi” isə üçüncü pillədədir.