OMİK VƏ BENFİKA UEFA FİNALINDA

single-news
6 May 2005

OMİK VƏ BENFİKA UEFA FİNALINDA



UEFA kubokunun yarımfinal cavab oyunları ilə funalçılar məlun oldu. Moskvada OMİK İtaliya "Parma"sını qəbul edirdi. İlk oyunnun qolsuz bərabərliklə başa çatması oyunun daha da gərgin keçəcəyindən xəbər verirdi.Matç elə bu məcrada da başladı. OMİK-in erkən qol vurmaq istəyi onlara elə 10-cu dəqiqədə hesabı açmağa imkan verdi. Daniel Karvalyonun bu qoluna ilk hissədə cavab verən olmadı. İkinci hissənin ilk dəqiqələrində ilk qolun müəllifi ikinci dəfə qonaqları mərkəzdən başlamağa məcbur etdi. Bundan sonra qonaqlar irəli atılsa da, əks hücumların birində qapılarında üçüncü topu gördülər. Bu dəfə Vasiliy Berezutskiy fərqləndi. İnamlı qələbə və OMİK finaldadır. Digər yarımfinal matçında isə "Alkmaar" "Benfika"nı qəbul edirdi. İlk matç portuqal klubunun 2:1 -lik qələbəsi ilə bitdiyindən Holland klubuna minimal 1:0-lıq qələbə də finala çıxmaq üçün kifayət idi. Lakin 3:2 hesabla qələbə qazanan Alkmaar evdə daha çox top buraxdığından növbəti mərhələyə vəsiqə qazana bilmədi. Finalda "OMİK" və "Benfika" qarşılaşacaq.

Paylaş