"OMİK" VƏ "LOKOMOTİV" KRUZ YOLUNDA . . .

single-news
28 Dek 2005

"OMİK" VƏ "LOKOMOTİV" KRUZ YOLUNDA . . .



Birdən - birə Rusiya Klublarından ikisi- "OMİK" və "Lokomotiv" Argentinalı hücumçu Xulio Kruzu öz sıralarına qatmaq üçün fəaliyyətə başlamışlar. "Corriere dello Sport"un verdiyi məlumata görə, hazırda "İnter"in hücumçusu olan argentinalının klubla iyunda başa çatacaq müqaviləsinin uzadılmasında ortaq məxrəc əldə olunmayıb. Belə ki, "İnter" hücumçunun illik əmək haqqını 1,6 milyon Avrodan 1,7 milyon Avroya qədər artıra biləcəyəni dilə gətirib.Argentinalı isə, əmək haqqının 2,2 milyona qədər artırılmasında iddialıdır. "OMİK" və "Lokomotiv"dən əlavə, Kruzla "Vilyareal", "Betis" və "Roma"da maraqlanır. Xatırladaq ki, hücumçu bolluğuna görə, eytiyat skamyada da oturan Xulio Kruzun aktivində hazırkı "A" seriyasında 6 top var.

Paylaş