Öncə Hagen, ardınca Yıldırım
26 İyl 2010
Öncə Hagen, ardınca Yıldırım
`Qarabağ`ımızın Avroliqanın 3-cü mərhələsində qarşılaşacağı `Visla` ilə hər 2 görüşün hakimləri məlum olub. Avqustun 29-u Bakı vaxtıyla 23:00-da baş tutacaq mücadiləni Norveçdən olan Tom Harald Hagen idarə edəcək. 32 yaşlı Hagen ötən mövsümdən etibarən beynəlxalq hakim dərəcəsini daşıyır və indiyə kimi bu səpgidə 11 oyun idarə edib. Hagenin digər peşəsinin müəllimlik olduğunu da qeyd edək.
Bakıdakı oyunun hakimi isə bizə daha tanışdı. 38 yaşlı Bülent Yıldırım Türkiyənin ən tanınmış hakimlərindən sayılır. UEFA-nın 3-cü dərəcəli hakimlər kateqoriyasından olan Yıldırımın 3 illik Avropa təcrübəsinin olduğunu bildirək.