Öncə topsuz, sonra topla
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
17 İyn 2011
Öncə topsuz, sonra topla
`Qarabağ`ımız Türkiyədə hazırlıqlarını davam etdirir. Hazırlığın 9-cu günündə komandamızın 2 məşqi baş tutdu. Günün səhər məşqi yerli vaxtla 10:30-a baş tutdu. Məşq daha çox fiziki hazırlığa yönəlmişdi. Beləki, yüngül qaçışın ardından 2 qrupda `kvadrat` oynayan komandamız bununla da topdan imtina etdi. Müxtəlif fiziki təmrinlər yerinə yetirən komandamızın çalışması fiziki kondisiyaların yüksəlməsinə yönəlmişdi. 90 dəqiqəlik məşq yüngül qaçışla başa çatdı.
Günün 2-ci çalışmasında isə topa üstünlük verildi. Topla müxtəlif hərəkətləri yerinə yetirən komandamız fərqli vəziyyətlər üzərində çalışdılar. Məşqin sonunda isə futbol oynanıldı.
Qeyd edək ki, ayağındakı ağrı səbəbindən son 2 məşqi buraxan Qara Qarayevlə yanaşı eyni səbəbdən son çalışmanı kənardan izləyən Namiq Yusifov bu gündən məşqlərdə iştirak etməyə başlayıblar.
Komandamızın sabahkı məşqi 10:30-a nəzərdə tutulub.