Öncə U-21, ardınca `Kaisar`
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
2 Fev 2011
Öncə U-21, ardınca `Kaisar`
Antalyada hazırlıqlarını davam etdirən `Qarabağ`ımız fevralın 5-ində 28 günlük toplanışını başa vuraraq Bakıya geri dönəcək. Geridə buraxdığımız müddətdə 4 yoxlama oyununa çıxan komandamız daha 2 dəfə gücünü hazırlıq matçında sınayacaq. Sabah komandamız Antalyada təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət milli komandamızla yoxlama oyununa çıxacaq. Fevralın 4-ündə isə `Qarabağ`ımız Qazaxıstan təmsilçisi `Kaisar`la qarşılaşacaq.
Amma buda var ki, komandamız hər 2 oyuna fərqli heyətlə oyuna çıxacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov hər 2 matçda fərqli `11`liklərə şans verəcək. U-21-lə oyunumuz Bakı vaxtıyla 17:00-da məskunlaşdığımız `İC Santai` otelinin stadionunda baş tutacaq.