Önə keçmək ümidiylə
3 Apr 2009
Önə keçmək ümidiylə
Bazar günü Azərbaycan milli çempionatında XX turun “Qarabağ” – “Turan” matçı keçiriləcək. Bütün milli çempionatların iştirakçısı olan komandaların görüşü daim maraqla qarşılanıb. Görəsən, sabahkı qarşılaşma bizə nə vəd edir?
Sabah keçiriləcək mücadilə tərəflərin sayca 36-cü qarşılaşması olacaq. Arxada qalan görüşlərdə tərəflərin qələbə sayı bərabərdir: hərəyə 13 qələbə. 9 görüşdən isə tərəflər meydandan sülhlə ayrılıblar. Vurulmuş qollara gəlincə. Rəqibi daha çox məyus etmişik. 37 dəfə rəqib qapıçı topu tordan çıxarmağa məcbur olubsa bizim son xətt oyunçumuz 34 dəfə eyni işi görməli olub. Kubokda da Tovuz təmsilçisiylə yollarımız bir neçə dəfə kəsişib. 8 dəfə keçirilmiş qarşlaşmaların 7-ində komandamız qələbə qazanıb.
Onu da qeyd edək ki, `Turan` sonuncu dəfə `Qarabağ`dan 3 xalı 3 il bundan əvvəl 2006 7 mövsümünün ilk yarısının son turunda 3:1 hesabıyla qazanıb. Elə sonuncu qolu da həmin mövsümün cavab görüşündə (1:1)vurub. Belədə tarixi rəqibə qarşı son 3 matçda qapını toxunulmaz saxlamağa müvəffəq olmuşuq.