Onlar debüt etdi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5711.jpg)
22 Okt 2012
Onlar debüt etdi
`Qarabağ`ımız premyerliqanın 9-cu turunda `Bakı`yla üz-üzə gəldi. 1:1 başa çatan oyun bir sıra məqamlarla yadda qaldı. Zədə səbəbindən Əfran İsmayılov, Rəşad Sadıqov, Mustafa Afroto oyunu buraxmalı oldu. Belə də `Qarabağ`ımızın heyətində ciddi dəyişiklik zəruri idi. Maraqlıdı ki, `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov dəyişiklikləri gənclərin xeyrinə etmişdi. Özü də dəyişikliklər debütlərlə reallaşdı. Rəşad Sadıqovun yerinə Bədavi Hüseynov, millinin düşərgəsindən yorğun dönən Qara Qarayevi Hacı Əhmədov ilk dəfə `Qarabağ` forma şansını geyinmə şansı əldə etdi. Üstəlik, 15-ci dəqiqədə zədələnən Namiq Yusifovun yerinə köhnə-yeni debütant Emin Mustafayev daxil oldu. 2006-cı ildən `Qarabağ`ın sıralarında olan 22 yaşlı yarımmüdafiəçi 1 neçə ili müxtəlif klublarda icarədə olduqdan sonra yenidən `Qarabağ`a qayıdıb.