“OSASUNA” “BAYER”İ BİABIR ETDİ

single-news
6 Apr 2007

“OSASUNA” “BAYER”İ BİABIR ETDİ



UEFA kobokunda ¼ final matçlarının ilk oyunları yaş tutub. 3 oyun gərgin mübarizəylə yadda qalsa da “Osasuna” sürpriz hesabla qələbə qazanaraq həm də  yarımfianala çıxmağı təmin etdi. Maraqlıdı ki, ispanların çalışdırıcısı Xose Anhel Siqanda qələbəyə baxmayaraq, mübarizənin hələdə bitmədiyini bildirim. Baş məşqçinin fikrincə, almanlar səfərdə mcüzə göstərmək iqtidarındadır. Görüşdə, qonaqların ilk hücumu qolla nəticələndi. Azarkeşlər, isə növbəti qolu 70 dəqiqə sonra izləyə bildi. Bu dəfə Lopes qola sevindi. Cəmi 2 dəqiqə Vebo almanları biabırçı hesabla üz-üzə qoydu.
Digər ispan klubu “Espanyol” evdə 3 qol vura bildi. Lakin  “Benfika” ardıcıl iki dəfə fərqlənməklə Portuqaliyaya sərfəli nəticəylə dönə bildi. İspanlarda Tamudo, Riyera, Pandiani, qonaqlardan isə, Nunu Qomes və Simao fərqləndi.
UEFA kubokunun son qalibi “Sevilya” da qələbə qazana bidi.  Lakin, “Sevilya”nın İngiltərəyə rahat yollandığını söyləmək olmaz. “Totenhem” 2-ci dəqiqədə önə keçsə də Federik Kanut 19-cu dəqiqədə penalti zərbəsiylə keçmiş klubunu cəzalandırdı. Rusiyalı Kerjakov isə ikini yarıda “Sevilya”ya qələbə gətirən qolu vura bildi.
Günün qol vurulmayan yeganə görüşü isə yetərincə maraqlı alındı. Cari mövsüm kubokda ən çox qola imza atan “Alkmar” bu baxımdan rəqibindən elə də fərqlənməyən “Verder”in mücadiləsində azarkeşlər sürətli və maraqlı futbolun şahidi oldular. Hər iki tərəf çoxsaylı qol epizodu yaratsalarda hakim final fiti tərəflərin qolsuz bərabərliklə matçdan ayrılmasına səbəb oldu.  

Paylaş

// pop up