“Osasuna” xilaskarını itirir . . .

single-news
13 Yan 2006

“Osasuna” xilaskarını itirir . . .



Klubun hücumçusu Savo Miloşeviç aldığı zədənin həddindən artıq lazim olmayan vaxta təsadüf etdiyini düşünür... Serb hücumçu ispan komandasında son dövrlərdəki öz oyunundan böyük zövq alırdı. Lakin belə xöşbəxt anlar uzun sürmür və bu dəfə də belə oldu. Çanağından aldığı zədə kifayət qədər ciddi oldu və ən optimist həkimlərin rəyinə görə Savo ən azı 4 həftə yaşıl meydançadan uzaq qalacaq. “Aston Villa”nın keçmiş hücumçusu bu yay “Osasuna”ya transfer olundu və demək olar ki, çempionatda ilk dövrənin hücumçusu oldu. “Osasuna”nın çempionatda ikinci yerə qalxmasında da onun böyük əməyi olmuşdur. “Komandam əldə etdiyi yerdə möhkəmlənməkdən ötrü mənim də köməyimə eytiyacı var. Təəssüf edirəm ki, indi mən heç nə ilə komandama kömək edə bilmirəm.”

Paylaş

// pop up