Oyun başa çatdı: `Streymur` 1 - 1 `Qarabağ` ... CANLI
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5382.jpg)
Oyun başa çatdı: `Streymur` 1 - 1 `Qarabağ` ... CANLI
Oyun başa çatdı…
Admir Teli hakimə etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldı.
Əlavə olunmuş 2-ci dəqiqədə rəqib hesabı bərabərləşdirdi. Hansen fərqləndi..
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə edildi
88` - Vüqara qarşı kobud oynayan rəqibin 22 nömrəsi sarı vərəqə ilə cəzalandırıldı…
88` - Rəşad Sadiqovun zərbəi möcüzə nəticəsində qapıdan keçmədi..
86` - Əfran daha bir real qol vəziyyətindən istifadə edə bilmədi. Bu dəfə qapıçı əla reaksiya göstərdi
81` - 23 nömrəli futbolçunu 9 nömrəli Arnar Dam əvəzlədi…
78` - Streymur qapımız qarşısında daha bir təhlükəli vəziyyət yaratdı. Hücumçunun zərbəsində isə dəqiqlik çatmadı…
73` - Komandamız ikinci qolu vurmağa çox yaxın oldu. Vüqarın ötürməsini Əfran dəqiq zərbə ilə tamamlaya bilmədi..
71` - Rəqib komandada isə Udsen-I 7 nomrəli futbolçu Hansen əvəzlədi
70` - Oyunda ilk dəyişiklik. Bəxtiyar Soltanov Rauf Əliyevi əvəzlədi…
66` - Topa daha çox komandamız nəzarət etsə də, hücumu məntiqi nəticə ilə başa vurmaqda çətinlik çəkir
63` - Maksimin aldadıcı ötürməsini Adamia bir həmlə ilə davam etməyə çalışsa da rəqib müdafiəçilər vaxtında bunun qarşısını ala bildilər
59` - Streymur meydanın mərkəzini keçməyə çətinlik çəkir. Bu dəqiqələr oyunun sürəti bir qədər aşağı düşüb
55` - Rəşad – Adamia – Əfran qısa paslaşmaları qarşısında rəqib müdafiəçiləri aciz qalıb…
52` - Əfranın təqribən 25 metrlik məsafədən zərbəsini qapıçı çətinliklə yan xətdən çıxara bildi
50` - Əfran – Vüqar paslaşmasını sonuncu qeyri dəqiq zərbə ilə tamamladı
49` - Rəqib meydanın mərkəzini ələ keçirməyə çalışır
46` - İkinci yarı başlayan kimi Namiq Yusifov sarı vərəqə ilə cəzalandırıldı
İlk hissə başa çatdı
45` - Maksimin yandan ötürməsini Adamia baş zərbəsi ilə tamamladı Top qapı tirindən azacıq aralı keçdi…
43` - Yağan yağış getdikcə gücləndikcə oyunun sürəti aşağı düşməyə başlayır.
Bu dəqiqələr rəqibin sol cinahı Əfranın keçidləri qarşısında aciz görsənir
37` - Rəşad Sadiqovun oyun boyu növbəti arakəsmə ötürməsindən sonra Əfran yandan uzun keçidi sonda qeyri dəqiq ötürmə ilə başa çatdı
33` - Bu dəqiqələrdə komandalar açıq oyuna üstünlük verməyə başladılar. Qapılar qarşısında təhlükəli epizodlar biri-birini əvəz edir
30` - Qapımız qarşısında 100%-lı qol imkanına ilk olaraq Bojan imkan vermədi. Rəşad Sadıxov isə müdhiş tullanışla ikinci zərbənin boş qapıya daxil olmasına imkan vermədi.
28` - iki qarşılıqlı hücum. Raufun qapıçı ilə təkbətək mübarizəsində iti bucaq zərbənin dəqiq olmasına imkan vermədi. Əks hücumda isə rəqibin hücumçusu ilə mübarizədə qapıçımız Bojan Pavloviç səhvsiz oynadı…
27` - Rəşad Sadiqovun başladığı hücumu Vüqar zərbə ilə tamamlaya bildi. Lakin zərbədə dəqiqlik çatmadı
23`- Əfranın cərimə xəttinin üzərindən zərbəsini gözəl tullanışla qapıçı dəf edə bildi
22` - Adamiyaya qarşı kobudluğu hakim cərimə zərbəsi ilə dəyərləndirdi. Vüqarın zərbəsi qapının üstündən keçdi
18` – Rəşadın arakəsmə ötürməsini Aqolli mükəmməl asma ilə tamamladı. Son zərbəyə isə müdafiəçilər mane ola bildilər…
17` - Oyunda ərazi üstünlüyü komandamızın tərəfindədir…
13` - Vüqar sol cinahdan cərimə meydançasına daxil oldu. Lakin zərbəsində dəqiqlik çatmadı
11` - QOLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLL. Rauf Əliyev !!!! Adamiyanın cərimə meydançasına daxil olsa da müdafiəçilər zərbə imkanı vermədilər. Bu məqamda Rauf özünü yetirərək topu tora göndərdi…
7` - İlk real qol vəziyyətini rəqib yaratdı. Samuelsenin zərbəsi qapıdan azacıq aralı keçdi
5` - Meydanın mərkəzində futbolçularımız rəqibi topsuz yormağa çalışırlar….
3` - oyunda ilk qapıya zərbə Rəşad Sadiqovdan gəldi. Qapıçı yerindədi
1` - Hakimin start fiti ilə oyun başlandı…
Komandaların heyətləri ilə tanış olun:
`Qarabağ` (start heyət) - 99. Bojan Pavloviç, 5.Maksim Medvedev, 6.Rəşad Sadiqov(k), 7.Namiq Yusifov, 14.Rəşad Sadixov, 11.Rauf Əliyev, 17.Vüqar Nadirov, 22.Əfran İsmayılov, 24. Admir Teli, 25.Ansi Agolli, 77. George Adamia.
Eytiyat heyət: 1.Fərhad Vəliyev, 2.Qara Qarayev, 4.Zaur Həşimov, 9.Bəxtiyar Soltanov, 10.Emin İmaməliyev, 18.İlqar Qurbanov, 20.Nderim Nedzipi.
Baş Məşqçi: Qurban Qurbanov.
`EB/Streymur` (start heyət) - 1.Rene Torgard, 2. Alex Jose Dos Santos, 3.Gregersen Pauli Hansem, 4.Gert Age Hansen,6.Patur Dam Jacobsem, 8.Egili Bo, 10.Sorin Vasile Angel, 11. Hans Pauli Samuelsen, 14.Daniel Udsen, 22.Armejorn Taeodor Hansen, 23.Leif Niclasen.
Eytiyat hissə: 30.Johan Pauli D.Jakobsen, 5.Poul Grunnveit Olsen, 7.Levi Hansen, 9.Arnar Dam.
Baş məşqçi: Hedin Ashkam
Uefa nümayəndəsi: Odd Flattum (Norveç)
Hakim inspektor – Jari Maisonlathi (Finlandiya)
Hakimlər: Mark Steven Whitby, Edvard King, Philip Thomas, Brian James (hamısı Uels).