OYUN ÖNCƏSİ: "BİZ ONLARDAN GÜCLÜYÜK..."
12 İyl 2006
OYUN ÖNCƏSİ: "BİZ ONLARDAN GÜCLÜYÜK..."
"Zimbru" Moldova - "Qarabağ" Azərbaycan oyununa saatlar qaldı. Bu gün yerli vaxtla 21:00-da matçın keçiriləcəyi mendanda məşq edəcək komanda matç saatını gözləyəcək. Oyun haqqına futbolçuların fikirlərini sayt ziyarətçilərimizin diqqətinə çatdırırıq:
Aslan Kərimov: "Çətin oyun olacaq. Ancaq hazırlığımızdan və onların son oyunundan çıxış edərək deyə bilərəm ki, rəqib bizdən güclü deyil. Biz cütün taleyinə burada aydınlıq gəirmək iqtidarındayıq..."
Cahangir Həsənzadə: "Uşaqlar bu matça ciddi cəhdlə hazırlaşırlar. Hamı bu oyunun məsuliyyətini dərk edir. İnanıram ki, hər şey biz istədiyimiz kimi olacaq..."
Samir Musayev: "Mən bilirəm ki, bu oyunda hücumçuların boynuna böyük yük düşür. Bizim burada qol vurmağımız böyük ölçüdə turu qarantiləyir. Ona görə də qol vurmaq ən böyük arzumdur. Müdafiəçilərə inamımdan deyə bilərəm ki, qol vursaq qalib gələn tərəf biz olacağıq."
Kənan Kərimov: "Bütün komandamız sabahkı oyun haqqında düşünür. Türkiyədəki hazırlığımızın bizə çox kömək etdiyini düşünürəm. Bütün qüvvəmizlə "Qarabağ" sabahkı oyunda qələbə qazanmasına çalışacağıq..."
Bu gün 21:00-da komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat işçiləri üçün açıq olacaq. Daha sonra qapalı keçəcək məşq prosesi 1 saat davam edəcək.