OYUN ÖNCƏSİ: İNAM QƏLƏBƏNİN YARISIDIR ! ! !
16 Sen 2006
OYUN ÖNCƏSİ: İNAM QƏLƏBƏNİN YARISIDIR ! ! !
Azərbaycan Çempionatının V turunda mərkəzi qarşılaşma heç şübhəsiz "Neftçi" - "Qarabağ" matçıdır. 18 sentyabr, saat 20:00-da başlayacaq qarşılaşmaya qısa zaman qaldı. Oyun öncəsi komandamızın azarkeşlərinə sevimli futbolçularının oyun haqqında fikirlərini çatdırırıq:
Cahangir Həsənzadə: "Uzun illər oynadığım komandaya qarşı meydana çıxmaq əlbətdə ki çətindir. Lakin biz professionaliq. Həm də hər iki komanda medallar uğrunda mübarizə aparır. Bu baxımdan, mənə düşən vəzifəni - qol buraxmamaq vəzifəsinin öhdəsindən çalışağam ki, gəlim. Belə olan halda, hücumçularımız azarkeşlərimizi qolla sevindirəcəyinə şübhə etmirəm..."
Aslan Kərimov: "Çətin oyun olacaq. "Neftçi" futbolumuzun flaqmanıdır və bu komanda ilə hər oyun öz prinsipiallığı ilə fərqlənir. Ötən mövsümdəki həm çempionat, həm də kubok oyunları da dediklərimə sübutdur. Çempionatda bir heç-heçə, bir məğlubiyyətin əvəzini kubokda qalibiyyətimizlə çıxdıq. Bu görüşdə də qələbə üçün meydana çıxacağıq..."
Hakan Dəmir: "Neftçi" komandası haqqında futbolçu dostlarımdan xoş sözlər eşitmişəm. Bu komandanın səviyyəli futbolçuları var ki, belə komandaya qarşı oynamaq həmişə çətin olur. Lakin qarşıdakı oyun rəqib üçün daha çətin keçəcək. . ."
Kənan Kərimov: "Yeni komandada ilk günlərdən qol vura bilməməyim mənə təsir edirdi. Lakin son çempionat və kubok oyunlarında qollarımla azarkeşlərimizi sevindirdim. Qarşıdakı oyunda da komandamın qələbəsi üçün bütün imkanlarımdan maksimum yararlanmağa çalışacağam."
Samir Musayev: "Mənim azarkeşlərimizə yalnız bir mesajım var: stadiona gəlsinlər və məndən qol gözləsinlər..."