OYUN ÖNCƏSİ: KUBOKUN SAHİBİ ÇEMPİONA QARŞI . . .

single-news
27 Sen 2006

OYUN ÖNCƏSİ: KUBOKUN SAHİBİ ÇEMPİONA QARŞI . . .



"Qarabağ" Futbol Klubu Ölkə Çempionatının növbəti - VII turu çərçivəsində "Bakı" Futbol Klubuna qarşı keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Heyətlə bağlı problemlərin olmasına baxmayaraq, komandada əhval ruhiyyə yüksək səviyyədədir. Bunu komandanın Baş Məşqçisi və futbolçularının fikirləri də bir daha sübut edir. Onlar qarşıdakı oyun haqqında fikirlərini azarkeşlərimizlə və sayt ziyarətçilərimizlə bölüşdülər: BÖYÜKAĞA AĞAYEV: "Maraqlı oyun olacaq. Bununla yanaşı, hər iki klub üçün də çətin oyun olacağını düşünürəm. Futbolçularım oyunun məsuliyyətini dərk eləyirlər. Son oyunlarda hücumçularımdan narazı idim ki, onlarla da fərdi danışıqlar aparmış və yaranmış imkandan maksimum yararlanmaları üçün söhbətlər etmişik. Bütün futbolçularım qələbə üçün meydana çıxacaqlar. Bu oyunda üç xal çox vacibdir." ASLAN KƏRİMOV - "Ötən oyunda oyunumuz alınmadı və vacib xallar itirdik. Rəqibimiz də məğlub oldu. Çempionluq üçün vuruşan iki komandanın xal itkisindən sonra qələbə üçün meydana çıxacaqları gözəl oyun vəd edir. Biz gözəl oyunla yanaşı, sonda qalib gəlmək üçün bütün qüvvəmizi səfərbər edəcəyik." BOYAN İLİÇ - "Hələ ötən ili bu komanda ilə dəfələrlə qarşılaşdıq və çox maraqlı oyunlar oldu. Bu oyun da gərgin keçəcək. Buna şübhə etmirəm. Lakin hər birimiz qalibiyyət haqqında fikirləşir, buna da gücümüzün çatacağını düşünürük." ROMAL HÜSEYNOV - "Ölkə Çempionu olmaqla "Bakı" öz sözünü ötən il dedi. Lakin biz də onları məğlub etdik və Ölkə Kubokuna sahib çıxdıq. Bu oyunda da inşallah, onlardan üç xal alaraq, öz gücümüzü göstərəcəyik..." SAMİR ABBASOV - "Hər şeyə meydanda aydınlıq gələcək. Mən müdafiədə oynayan bir futbolçu kimi, öz işimin öhdəsindən gəlməyə çalışacam. Bütün futbolçularımızın da öz işinin öhdəsindən layiqincə gələcəyinə inanıram..." Xatırladaq ki, oyun 29.09.2006-cı il, saat 17:15-da başlanacaq.

Paylaş

// pop up