OYUN ÖNCƏSİ "QARABAĞ" : "YALNIZ QƏLƏBƏ ! ! !"

single-news
4 Apr 2006

OYUN ÖNCƏSİ "QARABAĞ" : "YALNIZ QƏLƏBƏ ! ! !"



"Qarabağ" Futbol Klubu növbəti turda "Şahdağ"la keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. Matçın keçiriləcəyi T.İsmayılov adına stadionda gündəlik məşqlərlə kifayətlənən komanda fiziki hazırlıqla bərabər taktiki hazırlığa da diqqət yetirir. Son oyunda zədələnən Egidius Yuşka və cəzalı Samir Musayev qarşıdakı oyunda iştirak edə bilməyəcək. Əvəzində son oyunu zədə səbəbindən buraxmalı olan Zoran Çilinşek və cəzalı olduğundan forma geyinməyən Romal Hüseynov qarşıdakı oyunda komandasına kömək edə biləcəklər. Matça bir gün qalmış son hazırlığını keçəcək "Qarabağ" "Ambiance" otelində məskunlaşaraqç matç saatını gözləyəcək... Oyun öncəsi bütün heyət qarşıdakı oyunu qələbə ilə başa vurub, turnir cədvəlində iki pillə irəliləmək haqqında düşünür: Ramal Hüseynov: "Son oyunda cəza üzündən komandama kömək edə bilmədiyimə görə çox təəssüflənirəm. Qarşıdakı oyuna isə nikbin baxıram. Komandamızın qələbə qazanmasına mane olabiləcək bir səbəb görmürəm. Çünki heyətimiz rəqibdən qat-qat güclüdür..." Müşviq Hüseynov: "Qarabağ" bu gün adınalayiq olmayan pillədə məskunlaşıb ki, bu da məni narahat etməyə bilməz. Geriyə yolumuz yoxdur və qarşıdakı bütün oyunlardan qələbə ilə ayrılmalıyiq. Bu həm də kubok-yarımfinal mücadiləsində bizə əlavə stimul olacaq." Elmir Xankişiyev: "Komanda birinci dövrədə çox xal itirib ki, indi onu sığortalamaq çox çətindir. Amma çətin olmasına baxmayaraq, mümkündür. Bunun üçün Şahdağ"a qalib gəlib, çempionatın digər oyunlarından da başı yuxarı ayrılmalıyıq..." Yaşar Hüseynov(məşqçi): "İkinci dövrədə xeyli gücləndik və bunu oyunumuzla sübut etməyə çalışırıq. Hal-hazırda komandada zədəlilərin sayının çıxluğu bizi narahat edir. Sevindiricidir ki yavaş-yavaş bu "sindromu" üzərimizdən atırıq. Artıq qarşıdakı oyunda iki zədəli futbolçumuz formasını bərpa etmişdir. Bununla belə hücum xəttində Samir Musayevin bu oyunda da cəzalı olması,İrakli və Yuşkanında zədəli olması hücumda problemlərin olmasından xəbər verir. "Qarabağ" güclü, əzmkar komandadır və mən əminliklə deyə bilərəm ki, "Qarabağ" qarşıdakı oyunda öz dəsti-xətti ilə rəqibindən üstün olduğunu göstərəcək..." XX turun hakimləri AFFa tərəfindən açıqlanmışdır. "Qarabağ" - "Şahdağ" və turun digər oyunlarına təyinatlar barədə aşağıdakı bölümə daxil olmaqla məlumat almaq olar: XX TURUN HAKİM TƏYİNATLARI

Paylaş