OYUN VAXTLARI DƏQİQLƏŞDİ
31 Okt 2006
OYUN VAXTLARI DƏQİQLƏŞDİ
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından komandamızın ofisinə Fax daxil oldu. Federasiyanın Baş Katibinin imzası ilə 158 saylı ƏMR-də təxirə salınmış oyunlarının göstərilən vaxtlarda keçiriləcəyi barədə məlumat verilir.
Belə ki, IX tur çərçivəsində komandamızın "Turan"la oyunu 29.10.2006-cı il tarixində keçirilməli olsa da, bu oyun I dövrənin son turundan sonra - 13.12.2006-cı il tarixində baş tutacaq. Həmin turun digər oyunu - "Olimpik" - "Şahdağ" oyununun da həmin tarixdə keçirilməsi planlaşdırılır.
Bir tur əvvəl keçirilməli olan "MKT-Araz" - "Turan" və "Şahdağ" - "Bakı" oyunlarının vaxtı da dəqiqləşib. Həmin oyunlar təqvimdə eytiyat gün kimi ayrılmış 15 noyabrda keçiriləcək. Xatırladaq ki, həmin gün həm də komandamız növbəti çempionat oyununa çıxacaq. Belə ki, I tur çərçivəsində keçirilməli olan bu oyun "Karvan"la Suraxanıda keçiriləcək.