OYUNA GÖRƏ NƏTİCƏ . . .

single-news
22 Okt 2005

OYUNA GÖRƏ NƏTİCƏ . . .



Oyun başlayan kimi, qarşılıqlı hücumlar biri birini əvəz eləməyə başladı. Bunun nəticəsində də turun ilk qolu elə bu matçda vuruldu.Matçın 9-cu dəqiqəsində cərimə meydançasında yaranmış situasiyanı düzgün qiymətləndirən Ə.Ticani meydan sahiblərini hesabda irəli çıxardı. Bundan sonra "Qarabağ" irəli atılsa da "Şahdağ"ın kollektiv müdafiəsini yarmaq o qədər də asan başa gəlmirdi. Əks hücumlarda isə Vitaliy Kovalyovun səhvsiz oyunu hesabın artmasını əngəlləyirdi. buna baxmayaraq hissənin sonunda müdafiəçilərin kobud səhvindən sonra Ticani ilk hissənin hesabını müəyyənləşdirdi- 2:0. İkinci hissədə Elxan Abdullayevin etdiyi dəyişikliklər də özünü doğrultmadı. Düzdür "Qarabağ" birinci hissədəki kimi də olmasa, yenədə zəif təsir bağışlamaqda davam edirdi. 75-ci dəqiqədə Sergey Kravçenkonun zərbəsi qapı dirəyindən döndü.Buna cavabı isə Ticani verdi. O özünün və komandasını üçüncü qolunu vuraraq heabı 3:0 etdi. Matç sonunadək "Qarabağ" hücumlarını davam etdirsə də, yalnız 90+3 -cü dəqiqədə Azər Cabbarovla təsəlli topunu vurmağa gücü çatdı. Digər oyunların nəticələri ilə aşağıdakı linkə girərək tanış ola bilərsiniz: http://www.qarabagh.com/new/?do=viewsub&kno=2&lang=0

Paylaş