OYUNU FİFA REFERİSİ İDARƏ EDƏCƏK
OYUNU FİFA REFERİSİ İDARƏ EDƏCƏK
Premyerliqanın ilk yarısı sona yaxınlaşdıqca çempionatda gərginlik artır. Getdikcə bütün matçlar bir fianl mücadiləsi halına gəlir. Belə matçlarda biri həftəsonu "İnter" - "Qarabağ" matçı olacaq. Çempionatın lideri, eyni zamanda ötən ilki çempiona qarşı komandamız qalibiyyət üçün meydana çıxacaq. Artıq bu prinsipial matçın hakimləri təyinatı açıqlanıb. Derbini FİFA dərcəli hakim Babək Quliyev idarə edəcək. Referiyə Azər Məmmədov və Azər Əsgərov yardım edəcək. Xatırladaq ki, Babək bəy cari mövsümdə artıq bir dəfə "Qarabağ"ın "Bakı"yla mücadiləsində əsas söz sahibi olub. 4-cü hakim funksiyasını isə Feyzulla Feyzullayev yerinə yetirəcək. AFFA nümayəndəsi Rafiq Bağırov, hakim-inspektor isə Murad Məmmədov təyin olunub.
Onu da nəzərinizə çatdıraq ki, "İnter" - "Qarabağ" Noyabrın 15-i saat 16:00-da Şəfa stadionunda keçiriləcəkdir.