Özmən də stadionlardan gileyləndi (FUTBOL+,15.12.2005)
15 Dek 2005
Özmən də stadionlardan gileyləndi (FUTBOL+,15.12.2005)
Azərbaycanla Türkiyənin dostluq əlaqələrindən uzun-uzadı bəhs etməyə lüzum yoxdu. Amma nədənsə milli çempionatımızda top qovan futbolçular arasında qardaş ölkənin nümayəndələri azlıq təşkil edir. Türkiyəli oyunçular komandalarımızda ən çox ötən çempionatda forma geyib. Azərbaycana təşrif buyuran ilk əcnəbi futbolçu da məhz anadolulu Mustafa Xeyri olub. Hazırda isə türkiyəli oyunçular cəmi iki nəfərdi: "Qarabağ"ın şərəfini qoruyan Mustafa Engin Özmən və "Gənclərbirliyi"nin formasını geyən Mehmet Əli Arslan. Uzun müddətdi ki, "kölgədə qalan" türkiyəli futbolçulara mətbuat səhifəlrində yer vermək qərarına gəldik. Növbəti saylarımızın birində Mehmet Əli Arslanla yaxından tanış olmaq imkanı qazanacaqsız. İndi isə gəlin "Qarabağ"ın yarımmüdafiəçisi Mustafa Enginlə müsahibəni oxuyaq.
- Ötən mövsüm daha çox idik. İndi ikimiz qalmışıq. Təəssüf ki, cəzalı olduğumdan Mehmetlə növbəti turda üz-üzə gələ bilməyəcəyik. Onların komandasından Banquranı tanıyıram. Maraqlı insandı. Qurbanın vida matçında legionerlər komandasında bərabər oynadıq.
- Türkiyədən ayrı qalmaq çətin deyil?
- Təbii ki, hər kəs öz vətəni üçün darıxır. Amma insanın doğulduğu yer deyil, olduğu yer önəmlidi.
- İstanbulda qoyub gəldiklərin kimlər var?
- Anam, atam, bir də məndən yaşca böyük olan qardaşım, qardaşımın oğlu Bərkay. İnşallah, onu da futbolçu edəcəm. Bir də dəyərli dostlarım. Burda isə həyat yoldaşım var.
- Orda olanlarla tez-tez əlaqə saxlayırsan?
- Hər gün.
- Onlar heç Azərbaycana gəliblər?
- Ailəmdən kimsə yox. Amma dostlarım hərdən gəlirlər.
- Bura gəldiyinə peşman deyilsən?
- Qətiyyən yox. Türkiyədə yaşayarkən Azərbaycan barədə bəzi şeyləri bilirdim. Amma gələndən sonra ölkəniz barədə daha çox öyrəndim. Xüsusilə də Azərbaycan xalqının qonaqpərvərliyini. Bakı, Gəncə və Masallını çox bəyənirəm. Həyat yoldaşım Ebru da buranı çox sevdi. Tez-tez Bakını seyrə çıxırıq. Ən çox "Torqovı"ya gedirik.
- Futboldan başqa səni daha nələr maraqlandırır?
- Türkiyədə olanda Paşa adlı itim vardı. Onunla oynamağı çox sevirdim. Burda isə tez-tez "Pleystyeşn"ə gedirəm, dostlarımla görüşüb söhbət edirəm, bilyard oynayırıq.
- Türkiyə çempionatında azarkeşlik etdiyin klub hansıdı?
- İstanbulun Floriya məhəlləsini "Qalatasaray" təmsil edir. Amma mən "Beşiktaş"lıyam. Oyun üslubuna görə ən çox bəyəndiklərim arasında Aleks, Anelka var. İlhan Mansızı da deyərdim, amma o zədədən sonra toparlana bilməyib.
- "Qarabağ"dan başqa daha hansı klub sənin diqqətini çəkir?
- Təbii ki, flaqman olaraq "Neftçi". Futbolçulardan Zaur Tağızadəyə qatşı oynamaq istəməzdim(gülür).
- Artıq iki mövsümdür ki, "Qarabağ"dasan. Burda sənə ən yaxın kimdi?
- Hər kəslə münasibətim yaxşıdı. Aslanla, Fəqanla, Cahangirlə daha çox ünsiyyətdə oluram. Əcnəbilərlə tarzan kimi danışırıq(ürəkdən gülür). İngilis dilini normal bilirəm. Rusca danışılanları anlaya bilirəm, Amma danışmağı bacarmıram. Öyrənmək istəyirəm. Amma çətindir.
.......