PAKORA:” AZƏRBAYCANIN ƏN YAXŞI OT ÖRTÜYÜNDƏ OYNADIQ”
PAKORA:” AZƏRBAYCANIN ƏN YAXŞI OT ÖRTÜYÜNDƏ OYNADIQ”
“Qarabağ” – “Simurq” matçında oyunu izləyənlər gərgin mübarizənin şahidi oldular. Oyunda vurulan 4 qol azarkeşlərə əsl həyəcan bəxş etdi. Heç şübhəsiz, belə qollu oyunun alınmasında futbolçuların meydanda etmək istədikləri üçün şəraitin olması idi. Bunun üçün isə əla ot örtüyünün olması lazım idi. Bu fikirləri “Simurq”un baş məşqisi Ramon Pakoranın fikirlərindən də başa düşmək olar. Ukraynalı çalışdırcı “Het-trik” qəzetinə verdiyi müsahibədə “Qarabağ”ın stadionundakı ot ürtüyünün hal-hazırda respublikada ən yaxşısının olduğunu söyləyib :” Stadionun işçilərinin sayəsində biz bu gün bəlkə Azərbaycanda olan ən yaxşı ot örtüklü meydançada oynadıq. Baxmayaraq ki, mərkəzi arenanın direktoru olan Akif müəllimin işinə hörmətim var və o stadionun indiki durumunu görməmişəm. Ona görə də deyə bilərəm ki, oyun səviyyəsinə uyğun olan ot örtüyü Suraxanıda idi.”