PALÇIQ MÜBARİZƏSİ . . .
6 Noy 2005
PALÇIQ MÜBARİZƏSİ . . .
Matçdan bir neçə saat əvvəl başlayan yağış futbol başlayanda daha da intensivləşdi. Bu səbəbdən oyun başlayanda meydan daha çox yaşıl ot örtüyündən çox su gölməçəsini xatırladırdı. Buna baxmayaraq matçın favoriti "Qarabağ" ilk dəqiqələrdən irəli atıldı.Hücumlar bir-birini əvəzləyirdi. Hücumu başa vuran kimi rəqibin hücum cəhdini elə meydanın onlara aid hissəsində dayandıran "Qarabağ"lılar növbəti hücumlarını başlayırdılar. Əlbətdə yağış altında edilən bu cəhdə hücum demək mümkün idisə... Futbolçular rəqibdən çox topun su gölməçəsində qalmaması ilə mübarizə aparırdılar. Bur neçə epizodda qapıdan bir neçə metrlik məsafədə belə futbolçular topa zərbə vurmağa çətinlik çəkirdilər. Elə bu səbəbdən ilk hissədə hesab açılmadı. İkinci hissədə yağış bir qədər intensivliyini azaltdı. Lakin meydanın yararsız halı hesabın açılmasına mane oldu. Elxan Abdullayevin əvəzləmələri - Engin Özmənin, gənc Namiq Yusifov və Fəqan Şahbazovun meydana çıxması oyunu canlandırsa da matçda hesab açılmadı. Müşviq Hüseynovun iki dəfə, Voskoboynikin və Mübariz Orucovun hərəyə bir dəfə rəqib torunu silkələmək cəhdinin qarşısını "yağış" ala bildi. Beləliklə "Qarabağ"ın "yağış"la mübarizəsindən sonra cütün müqəddəratının ikinci oyunda bəlli olacağı aydınlaşdı.