"Partizani" - "Qarabağ"ımız: Mətbuat konfransı və son məşq

8 İyl 2019
"Partizani" - "Qarabağ"ımız: Mətbuat konfransı və son məşq
Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları çərçivəsində baş tutacaq “Partizani” (Albaniya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. İyulun 9-da baş məşqçimiz Qurban Qurbanov Bakı vaxtıyla saat 19:15-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:30-da qarşılaşmanın keçiriləcəyi S. Stermazi stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.