PATALYA. 2 HƏFTƏ
PATALYA. 2 HƏFTƏ
“Qarabağ” Futbol Klubu Ankaranın Qızılcahamam bölgəsində keçirdiyi təlim-məşq toplanışının 2 həftəsini geridə buraxdı. Komandamız günü-gündən hazırlıq sürətini artırır. Gündə iki hazırlıq keçən komndamız bu dəfə də ənənənəsinə zidd getməyib. Dünən axşam məşqində komandanın texniki-taktiki hazırlığa üstünlük verdiyini söyləmişdik.
Bu gün səhər məşqində komandamız bəlkə də hazırlıq dönəminin ən ağır çalışmasına yerinə yetirdi. Təxminən bir ssat davam edən ilk bölümdə komanda həm toplu həm də topsuz yüksək tempdə müxtəlif maneələri dəf edərək çalışma yerinə yetirdi. Ardınca komanda şərti olaraq 2 yerə bölünərək ilk öncə tərs ayaq, ardınca isə sərbəst olaraq təxminən yarım saat 2 qapıya futbol oynadılar.
Bu axşam komandamıza daha iki legioner qoşulacaq. Sol cinah yarımmüdafiəçisi Şirum Arslani bu futbolçulardan biridir. 28 yaşlı futbolçu 1,85 boya malikdir. Makedoniya millisinin müxtəlif yaş komandalarında forma geyinib. Digər legioner isə ampulaca hücumçudur. Əlcazir əsilli olmasına baxmayaraq Kerim Fransa pasportu daşıyır. Bu futbolçunun da 28 yaşı var.
Bu arada nəzərəinizə çatdıraq ki, texniki heyət tərəfindən bəyənilən və böyük ehtimalla müqavilə bağlanılacaq Zekeriyye Ramazani də artəq komandanın düşərgəsinə dönüb. Son klubunun İntertoto kubokunda məğlubiyyətindən sonra müqaviləsi başa çatan Ramazaninin bu gün səhər məşqində iştirak etdiyini nəzərinizə çatdıraq.
Komandamızın növbəti oyununu Türkiyə superliqasının təmsilçisi “Kayserispor”la keçirəcəyini xəbər vermişdik. Bu oyun qərarlaşdığımız hotelin idman kompleksində keçirilməsi dəqiqləşib.