PATALYA. 4-CÜ GÜN. TESTLƏR
PATALYA. 4-CÜ GÜN. TESTLƏR
“Qarabağ” Futbol Klubu Qızılcahamamda hazırlıqlarını davam etdirir. Arxada buraxdığmız gün daha çox keçirilmiş testlərlə yadda qalıb. Günün ilk hazırlığı həmişə olduğu kimi 10:30-da baş tutub. 2 qrupa bölünən komandamızdan konkoni testi götürülüb. Bu testin mahiyyəti daha çox futbolçuların ümumi fiziki dayanaqlılığı, davamlılığı və bu səpgidə bir sıra göstəriciləri öyrənilib.
Digər test isə saat 18-də keçirilib. Bu dəfə isə daha çox futbolçuların sürətini yoxlamağa əsaslanan çalışmalar yerinə yetirilib. Beləki, xüsusi alətlərlə komandamız sürət testi verib. İlk olaraq 5 metr üzrə futbolçular imtahan verib. Ardınca isə 10, 20,30 metr məsafəsinə futbolçular sürətlərini sınayıblar. Bu testdən sonra şərti olaraq 4 komandaya bölünən futbolçular mini turnir keçiriblər.
Keçirilimiş testin mahiyyəti haqqında komandanın fiziki hazırlığına məsuliyyət daşıyan Mehmet Akdan soruşduq:” Konkoni testinin əsas mahiyyəti futbolçuların ümumi fiziki durumunun hazırlığını öyrənməkdir. Ümumi götürdükdə, komandanın vəziyyəti qənaətbəxşdir. Fasilə dönəmində verilən çalışmaları yerinə yetirənlərin üstünlüyü hiss olunur. Sürət və ya sprint testinə gəlincə, burada ənənəvi testlərdən fərqli olaraq biz 5 metr məsafə üzərindən də test apardıq. Müasir futbol elə sürətlə oynanılır ki, qısa məsafəyə sprintlər böyük qiymətə minir. Burada da uşaqlar pis nəticə göstərmədi. Amma bizim komanda daim irəli gedir. Mövsümün hazırlığı yeni başlamasına baxmayaraq planlaşdırdığımızdan daha üstün nəticələr əldə edirik. Bu bizi sevindirməyə bilməz.”