PATALYA. 5-CI GÜN. TESTLƏR DAVAM EDİR. FOTOQALEREYA
PATALYA. 5-CI GÜN. TESTLƏR DAVAM EDİR. FOTOQALEREYA
“Qarabağ” Futbol Klubu Qızılcahamamda son sürətlə hazırlıqlarını davam etdirir. Cari gündə komandamızda növbəti testlər yerinə yetirilib. Bu dəfə yaşıl sahədə deyil trenajor salonunda futbolçular normativ yerinə yetiriblər. Futbolçularımız 2 qrupa bölünərək sıçrama testini yerinə yetiriblər. 2 fərqli hərəkəti özündə birləşdirən 2 təkrarı yerinə yetiriblər.
Ardınca isə futbolçular daha bir normativi yerinə yetiriblər. Komanda üzvləri növbə ilə bu dəfə qarın əzələlərinin davamlılığı və həcminin dəyərlərini özündə birləşdirdi. Sonda futbolçular müxtəlif trenajor alətlərində əzələ kütləsinin artırılması və möhkəmlənməsinə xidmət edən təmrinlər yerinə yetiriblər. Komandamızın əldə etdiyi göstəricilər texniki heyəti məmnun edib. Təlim-məşq toplanışının sonuna yaxın komandamızdan eyni səpgidə növbəti dəfə test götürülüb aradakı olan fərqlər müəyyən ediləcək.
Komandamızın Türkiyə kampında 5 hazırlıq matçı keçirməyi planlaşdırdığını xəbər vermişdik. Komandamızın İyulun 9-unda qarşılaşacağı “Tarımkredispor” olduğu gözlənilsədə rəqibimiz dəyişib. Belə ki, həmin tarixdə başqa rəqiblə qarşılşacağıq. Rəqibimiz ötən il Gürcüstan kubokunu qazanaraq UEFA kubokuna hazırlaşan “Zestafoni” olacaq. 18-i qarşılaşacağımız “Kayserispor”la oyunun tarixi dəyişməz qalıb. İyulun 12 və 15-də də hazırlıq oyunları keçirməyi planlaşdırılır. Komandamıza yeni qoşulacaq legionerlər də getdikcə artmaqdadır. Komandamızın baş məşqçisi Rasim Kara futbolçuların taleyinə keçiriləcək yoxlama oyunlarından sonra aydınlıq gətirəcək.
"Qarabağ" TESTLERlərdə...