PATALYA. 6-CI GÜN. "ESKİŞEHİRSPOR".

single-news
7 İyl 2008

PATALYA. 6-CI GÜN. "ESKİŞEHİRSPOR".



“Qarabağ” Futbol Klubu Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Hazırılığın ötən günündə komandamızın bir neçə normatıv üzrə sınaqdan keçirildiyini xəbər vermişdik. Dünən axşam keçirilmiş hazırlıqda komandamız əsasən uzum müddətli qaçışa üstünlük verib. Belə ki, müəyyənləşdirilmiş nəbz əsasında futboçular 2 dəfə olmaqla 20 dəqiqəlik krosslar yerinə yetirib. Ardınca isə cımi 30 dəqiqədən ibarət olmaqla 4 qapıya futbol oynayan komandamız günü bitirib.

Komandamız “Patalya” Hoteldə keçirdiyi 6-cı günündə səhər məşqində dəyişiklik edib. Ənənəvi vaxtdan bir saat tez 09:30-da başlayan komandamız trenajor zalında məşq edib. 2 qrupa bölünərək çalışan komandamızın məşqi 2 saat davam edib. Günün ikini məşqi isə toplu çalışmalara daha dəqiq desək texniki və taktiki hazırlıq üzərində qurulması planlaşdırılır. Bu çalışma yerli vaxtla 17:30-da baş tutacaq.

Bu arada komandamızın yoxlama oyunlarının siyahısı aydınlanmaqdadır. Gürcüstan təmsilçisi “Zestafoni” və Türkiyə superliqasından “Kayserispor”la qarşılaşacağımızı xəbər vermişdik. 3-cü rəqibimiz də qardaş ölkənin superliqa təmsilçisi olacaq. Yüksək liqaya bu il vəsiqə qazanmış “Eskişehirspor”la   12-ində qarşılaşacağıq. İyulun 15-ində də daha  bir yoxlama oyunu keçirməyi planlaşdırırıq. Böyük ehtimalla İyulun 22-si və 25-i də komandamız yoxlama oyunlarında gücünü sınayacaq. Komandamızın Türkiyədə keçirdiyi bütün hazırlıq oyunlarının təfsilatıyla saytımızdan izləmə imkanı əldə edəcəksiniz.

Komandamıza daha bir legioner qoşulub. Zekeriyya Ramzani son müdafiəçi mövqeyində oynayır. 28 yaşı var. Makedoniya millisində 21 oyun keçirib. Dünən düşərgəyə gələn legioner qarşıdakı yoxlama oyunlarında sınanılacaq.

Komandamıza yenicə qoşulan daha bir legioner isə Rayco Rayevdir. Bolqar futbolçu hücumçudur. 24 yaşı var. Portuqalyada legioner həyatı yaşamağa imkan tapıb.

Komandamıza yaxın bir neçə gündə başqa legionerlər də qoşulacaq.

Paylaş

// pop up