PATALYA. BİR HƏFTƏ GERİDƏ QALDI...

single-news
8 İyl 2008

PATALYA. BİR HƏFTƏ GERİDƏ QALDI...



“Qarabağ” Futbol Klubu 20082009 mövsümünün hazırlıqlarını son sürətlə davam etdirir. Artıq komandamız  Qızılcahamamda keçirilən təlim-məşq toplanışının bir həftəsini geridə buraxdı. Komandamız hər zaman olduğu kimi günü iki məşqlə bitirib. Dünən axşam məşqi təmamilə texniki və taktiki hazırlığa həsr edilib. Təxminən 45 dəqiqəlik müddətdə komanda üzvləri müdafiəçilər və yarımmüdafiəçilərlə hücumlar ayrılıqda məşq etdilər. Komandanın baş məşqçisi Rasim Karanın nəzarət etdiyi çalışma zamanı futbolçulara müxtəlif oyun vəziyyətləri zamanı etməli olduqları hərəkətləri özündə ehtiva edən çalışma keçirilib. Ardınca isə komandamız şərti olaraq qırmızı və yaşıllara bölünərək maksimum 3 ötürmə üzərinə 2 qapıya futbol oynadılar.  Bu oyunda komandamızın yeni legioneri Artim Şakiri göz doldurdu. Makedoniyalı playmeyker emyadanın möhətəşəm hərəkətləriylə yanaşı əla ötürmələriylə də göz öxşadı. Şakiri eyni zamanda məşqdəki oyunu öz komandasının xeyrinə həll etdi. Legionerin uzaq məsafədən 2 baxımlı qol görüşün taleyini həll etdi.

Bu gün səhər saatlarında isə komandanın məşqi sırf fiziki hazırlıq üzərində qurulduğunu söləmək olsa da toplu çalışmalardan da yan ötülmədi. İlk olaraq komandamız 20 dəqiqəlik isinmə hərəkətlərindən sonra elə həmin müddətdəcə müəyyənləşdirilmiş nəbzlə kross qaçdılar. Komanda ardınca kroos qaçsa da bu dəfə topa da biganə qalmadı. Belə ki, bu dəfə də futbolçulara nəbz verildi. Eyni zamanda müəyyən əngəlləri aşan futbolçular topla hərəkət edir, sprint edib sonda qapıya zərbə vurdular.

Komandamız günü ikinci məşqinini yerli vaxtla 17:30-da keçirəcəyini nəzərinizə çatdıraq. Sabah Gürcüstan təmsilçisi “Zestafoni” ilə qarşılaçşacağımızı xəbər vermişdik. Qonşu ölkənin kubokunu qazanmış komanda “Qarabağ”la eyni hoteldə qaldığından oyunun başlama saatına sabah aydınlıq gələcək. Böyük ehtimalla matc 18:00-da baş tutacaq. Oyunun başa çatar-çatmaz bütün təfsilatıyla saytımızdan izləyə biləcəksiniz.

 

Paylaş

// pop up