PATALYA. ƏKS-HÜCUM

single-news
17 İyl 2008

PATALYA. ƏKS-HÜCUM



“Qarabağ” Futbol Klubu Qızılcahamamda hazırlıqlarını davam etdirir. Təlim-məşq toplanışı sona yaxınlaşdıqca komandamız tətbiq olunan proqramı müvəfəqiyyətlə yerinə yetirir. Sona yaxınlaşdıqca komandamız artıq texniki və taktki hazırlıq üzərinə qurulan çalışmalara üstünlük verir. Belə ki, dünən axşam komandamızın təxminən iki saat yaxın davam edən çalışmasında bütünlüklə taktiki yönlər üzərində qurulub. Komandanın fiziki durumunun əla olduğunu nəzərə alan baş məşqçimiz Rasim Kara daha çox topla çalışmalara imkan yaratmaq qərarına gəlib.

Belə də, keçirilən çalışmaya ilk olaraq 5-li qruplara bölünərək qapılı və qapısız növbəylə 20 dəqiqəyə yaxın futbol oynadılar. Ardınca isə daha böyük sahədə 2 qrupa bölünən futbolçular 4 qapıya kollektiv hücum və əks-hücum üzərində futbol oynandı. 4 qapıçıdan istifadə edildiyi oyun zamanı maraqlı səhnələr yaşandı. Xüsusilə, məşqçilər- sabiq hücumçu Müşviq Hüseynovun qolları, eyni zamanda sabiq qapıçı Çetin Aykutun “save”ləri göz oxşadı. Çox şən əhval-ruhiyyədə məşq sonunda yüngül “joke”la komandamız məşqi bitirdi.

Günün ilk məşqi isə trenajorda baş tutdu. Yerli vaxtla saat 11:00-a təyin olunmuş məşqdə futbolçular 2 qrupa bölünərək fərqli proqramlarla fərqli hərəkətləri yerinə yetirdilər.

Günün ikinci çalışmasının yerli vaxtla 17:30-a planlaşdırıldığını nəzərinizə çatdıraq.

Bu arada sabah “Kayserspor”la qarşılaşacaq komandamız transfer çalışmalarını davam etdirir. Qarşıdan gələn həftə “Qarabağ” Futbol Klubu transfer bombalarını partlatmağı planlaşdırır. Ona görə də saytımızı izləməyi unutmayın.

Paylaş

// pop up