Patalya III. Toplar çoxalır
Patalya III. Toplar çoxalır
`Qarabağ`ımız Qızılcahamamda hazırlıqlarını davam etdirir. Arxada qalan günü komandamız 2 məşqlə başa vurub. Futbolçuların istəkli olması, gözlənildiyindən də yaxşı formada olması texniki heyəti sevindirir. Belədə ilk məşq 10:00-da baş tutdu. Öncə `Stansiya` çalışmalrı yerinə yetirən komanda bu bölümə təxminən 1 saat ayırdı. Sonda isə 2 qrupa bölünərək müəyyənləşdirilmiş tempdə qaçışla məşqi başa çatdırıblar.
2-ci məşqdə isə təmamilə toplu çalışmalara həsr olunub. Qapıya zərbələr, Standardlar vəziyyətlər üzərində zərbələr məşqin əsas mahiyyəti olub.
Milli oyunlar səbəbiylə hazırlığa gec qoşulan alban legioner Admir Teli isə bu gün kross qaçmaqla məşqi bitirib. Sabahdan etibarən 28 yaşlı müdafiəçi kollektivlə çalışmalara başlayacaq.
Zədəlilərin durumuna gəlincə. Vaqif Cavadovun durmu yaxşılaşıb. Milli forvard məşqlərə başlamaq istəsə də tibbi korpus ona bir qədər də gözləməyi məsləhət bilib. Eyni sözləri Aftandil Hacıyevə də şamil etmək olar. Müdafiəçinin geri dönməsi hələ də yubanır.